Runi istefa verdi
Ueyn Runi “Derbi Kaunti”dən ayrılıb. İngiltərəli mütəxəssis 2020-ci ildən çalışdırdığı klubdakı vəzifəsindən istefa verib.
O, komandasını Çempionşipi tərk etməkdən qurtara bilməyib. “Derbi Kaunti”nin hesabından 2021-ci ilin sentyabrında 12, sonradan daha 9 xal silinib.