Rune “Top-20”də
Holqer Rune Bazel turnirinin finalına yüksəlib. Danimarkalı tennisçi yarımfinalda Roberto Bautista-Aquta qalib gəlib – 7:6, 7:6.
Bu, Runenin mövsümdə 33-cü qələbəsidir. Son 14 görüşdə 13 dəfə qalib gələn tennisçi ardıcıl 9 oyunda rəqiblərini məğlub edib.
Bu qələbə danimarkalıya ATP reytinqində “Top-20”də debüt etmək imkanı yaradıb. Mövsümdə üçüncü titul uğrunda qarşılaşmada Holqerin rəqibi Feliks Oje-Alyassim olacaq.