Rune seriyanı qırdı
Danimarkalı Holqer Rune uğursuz seriyaya son qoyub. O, Vaşinqtondakı turnirin ikinci mərhələsində qələbə qazanıb.
Rune Benua Peri üstələyib – 6:3, 6:2. 19 yaşlı tennisçi ardıcıl 7 məğlubiyyətdən sonra qalib gəlib.
Holqer sonuncu dəfə “Rolan Qarros”un 4-cü mərhələsində qələbə qazanmışdı. 7 oyunluq qələbəsizlik onun karyerasının antirekordunun təkrarıdır.