Rumıniya reytinqdə irəlilədi
Ölkələrin UEFA reytinqi açıqlanıb. Avropa Liqasında Liqa mərhələsinin VII turunun som gününün matçları bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycan 28-ci pillədə qalıb. “Qarabağ” evdə FCSB-ya 2:3 hesabı ilə uduzduğu üçün xal ehtiyatımız artmayıb. Ölkəmizin hesabında 19,625 xal var.
Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Bakıdakı görüşün nəticəsi Rumıniyanın irəliləməsi ilə yekunlaşıb. “Qarabağ” üzərində qələbə sayəsində bu ölkə Slovakiyanı keçərək 25-ci yerə yüksəlib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 102,839 xal.