Rulyi Niderland yolunda
Argentina millisinin qapıçısı Xeronimo Rulyi karyerasını Niderlandda davam etdirəcək. “Vilyarreal”ın qolkiperi “Ayaks”a keçəcək.
Amsterdam klubu dünya çempionu üçün 10 milyon avro ödəyəcək. İspaniyalılar bonus kimi daha 5 milyon da qazana bilər. 30 yaşlı əlcək sahibi 4 illik müqavilə imzalayacaq.