Rui Koşta “Benfika”da qaldı
Rui Koşta “Benfika”nın prezidenti seçilib.
Qərar klubun direktorlar şurası tərəfindən 8 noyabr şənbə günü keçirilən seçkilərdə verilib.
Koşta 65,9 faiz səs toplayıb. Digər namizəd Joao Noronha Lopes isə cəmi 34,11 faiz səs yığa bilib.
Rui bu vəzifəni növbəti dörd il ərzində tutacaq. “Benfika” Portuqaliya yüksək liqasının 11-ci turunda “Kasa Pia”nı qəbul edəcək. Koşta bu vəzifəni 2021-ci ilin yayından bəri tutur.












