Rüfət Abbasov U-21 millisində
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni futbolçu dəvət olunub.
Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb. DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə keçirilən oyunlar zamanı əsas yığmanın düşərgəsində olan “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.
Qeyd edək ki, U-21 noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq yığması ilə səfərdə qarşılaşacaq.












