Rüdiger yenə sıradan çıxdı
“Real”da itki yaşanıb. Antonio Rüdiger komandanın son məşqinə qatılmayıb.
Buna müdafiəçinin xəstələnməyi səbəb olub. Almaniyalı futbolçunun La Liqanın XXVII turunda iştirakı da sual altına düşüb. Onun “Rayo Valyekano” ilə qarşılaşmada meydana çıxmamaq təhlükəsi yaranıb.
Qeyd edək ki, “Real” – “Rayo Valyekano” matçı sabah keçiriləcək.