Rudiger “Leypsiq”lə matçı buraxacaq
“Real”da ciddi itkilər davam edir. Komandanın müdafiəçisi Antonio Rudiger zədəsini sağaltmayıb.
O, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leypsiq”lə ilk oyununda iştirak edə bilməyəcək. Bu barədə Madrid klubunun baş məşqçisi Karlo Ançelotti açıqlama verib. O, bildirib ki, futbolçunun bərpa müddəti davam edir.