Rüdigerə 12 oyunluq cəza
“Real”ın futbolçusu Antonio Rüdiger ağır cəza ilə üz-üzə qalıb. O, 12 oyunluq cərimələnə bilər.
Buna səbəb onun İspaniya kubokunun “Barselona” ilə ötən gecə keçirilən final matçında (2:3) hakimə hücum etməsi və referiyə kənar əşya atmasıdır.
Matçın 111-ci dəqiqəsində əvəzlənən almaniyalı müdafiəçi epizodların birində görüşün baş hakiminə kəskin etiraz edib. Hakimin üzərinə getmək istəyən futbolçunu komanda yoldaşları sakitləşdirib.