Rublyov Çində oynamayacaq

Rublyov Çində oynamayacaq

Dünyanın altıncı raketkəsi, rusiyalı tennisçi Andrey Rublyov sentyabrın 18-dən 24-dək Xançjouda (Çin) keçiriləcək ATP-250 turnirində iştirakdan imtina edib. Onu dünyanın 111-ci raketkasi, amerikalı tennisçi Zakari Svayda əvəz edəcək.

Bundan əvvəl italiyalı Matteo Berrettini və amerikalı Sebastian Korda da Çin turnirində iştirakdan imtina etmişdilər. Danimarkalı Holger Rune və hazırda Qazaxıstanı təmsil edən keçmiş rusiyalı Aleksandr Şevçenko turnirdə iştirak edəcək.

Bu turnir ilk dəfə Hançjouda keçirilir. 2024-cü ilə qədər yarışa Çinin digər şəhəri Çjuhay ev sahibliyi edirdi.

ETOPAZ

Əvvəlki yazı

Emre Mor “Eyüpspor”da

Növbəti yazı

Perotti karyerasını bitirdi