Rublev ATP-500 turnirindən kənarlaşdırıldı
Dubayda ATP-500 turniri davam edir. Bu gün rusiyalı tennisçi Andrey Rublev yarışdan kənarlaşdırlıb.
Buna səbəb onun hakimi təhqir etməsi olub. Rublev qazaxıstanlı Aleksandr Bubliklə yarımfinal matçının 3-cü setində xətt hakiminin qərarı ilə razılaşmayıb. O, rus dilində söyüş söyüb və ədalət təmsilçisinin onu anlamasından xəbərsiz olub. Nəticədə hakim matçın supervayzerinə yaxınlaşıb və Andreyin təhqiri ilə üzləşdiyini izah edib. Oyun yarımçıq dayandırılıb və rusiyalı texniki məğlubiyyət alıb.