Ruan Renato: “Birinci oyundakı qələbə bizi növbəti mərhələyə daşımır”
Sabah Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçları keçiriləcək. “Zirə” “Şerif”i qəbul edəcək.
Oyundan öncə “qartallar”ın futbolçusu Ruan Renato mətbuat konfransında iştirak edib. Sizi müdafiəçinin fikirləri ilə tanış edirik:
“İlk matçdan daha gərgin oyun olacaq. Rəqib ikinci oyuna daha hazırlıqlı gələcək. Doğma meydan amilini nəzərə alsaq, azarkeşlərimizdən bizə dəstək olmasını gözləyirik. “Şerif” müəyyən komponentlərdə yaxşı oynayan komandadır. Xüsusiilə birə-bir mübarizələri deyə bilərəm. Birinci oyundakı qələbə bizi növbəti mərhələyə daşımır. İlk oyundan sonra bizim də onlara qarşı müəyyən təcrübəmiz var. Fərdi olaraq onları təhlil etmişik. Nələrə qadir olduqlarını bilirik. Ona görə də əlimizdən gələni etməliyik”.