Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü
AFFA-nın prezidenti Rövşən Nəcəf UEFA-nın prezidenti Aleksander Çeferinlə görüşüb. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Görüş Tailandın paytaxtı Banqkokda keçirilib. FİFA-nın 74-cü konqresindən öncə baş tutan görüşdə UEFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, qitə futbol qurumunun dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb. Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildiriblər.