Ronaldoya xərclənən 227 milyon
“Yuventus”un üzləşdiyi maliyyə problemlərinin səbəbi müəyyənləşib. İtaliya nəhəngi son illərdə yarım milyard avrodan artıq xərclərə yol verib.
Transferlərə xərclənən böyük vəsaitlər Turin təmsilçisini hazırkı duruma sürükləyib. İlk uğursuz keçid Qonsalo İquaynla bağlıdır. Hücumçunun keçidi üçün 91 milyon avro ödəyən klub ona mövsümdə 7,5 milyon maaş verib.
Ən çox pul xərclənən isə Kiştiano Ronaldodur. “Yuventus” portuqaliyalı ulduza ümumilikdə 277 milyon xərcləyib.
Duqlas Kosta 87, Artur 85, Federiko Bernardeski 73, Deyan Kuluşevski 49, Adrien Rabyo 29, Marko Pyatsa 32, Kristian Romero 28 milyona başa gəlib.