Ronaldoya mükəmməl müqavilə təklifi
Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı klubu “Əl-Nassr”la müqaviləsinin detalları müəyyənləşib. Portuqaliya millisinin kapitanı adıçəkilən kluba keçəcəyi təqdirdə illik 200 milyon avro maaşla kifayətlənməyəcək.
Bundan başqa, ərəblər ona 2 villa, iki il ərzində havayı təyyarə bileti haqqı, biri “Jip”, biri “Porsche” olmaqla 2 zirehli avtomobil, hər oyuna 200 min avro və hər qola 200 min avro təklif edib.