Ronaldonun sevgilisi cəzalana bilər
Kriştiano Ronaldonun sevgilisi Corcinya Rodriqez yenidən diqqət mərkəzinə düşüb. Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 37 yaşlı hücumçunun xanımı həbs oluna bilər.
29 yaşlı ispaniyalı model ictimai yerdə alt paltarları ilə fotolar çəkib onları sosial şəbəkədə paylaşaraq ölkənin qanunlarını pozub. Səudiyyə Ərəbistanı vətəndaşları Rodriqezin bu paylaşımlarını etirazla qarşılaşalar da, o 3,7 milyon bəyənmə alan şəkillərini hesabından silməyib. Bu qanun pozuntusuna görə həbs edilməli olan Rodriqezə hansı cəzanın veriləcəyi maraqla gözlənilir.