Ronaldonun oğlu “Mançester Yunayted”də
“Mançester Yunayted”in ulduzu Kriştiano Ronaldonun oğlu Junior da bu klubun üzvünə çevrilib. Kiçik Ronaldo “qırmızı şeytanlar”la rəsmi müqavilə imzalayıb.
Təqdimat mərasimindən görüntüləri Ronaldonun sevgilisi Corcina Rodriges şəxsi instaqram səhifəsində paylaşıb. 11 yaşlı Junior da atası kimi 7 nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, Kriştianonun oğlu daha əvvəl “Yuventus”un akademiyasında çıxış edib və yayda atası ilə birgə İtaliya klubundan ayrılıb.