Ronaldonun burnu əzildi
Millətlər Liqasının 5-ci turuna yekun vurulub. Portuqaliya Çexiya ilə qarşılaşıb.
Komandasının qalib gəldiyi matçda (4:0) pireneylilərin kapitanı Kriştiano Ronaldo ciddi zədə alıb. İlk hissədə hava mübarizəsi zamanı çexiyalı qapıçı Tomaş Vatslik topu uzaqlaşdırmaq istəyərkən yumruqla Ronaldonun üzünə vurub. Nəticədə futbolçunun burnu əzilib. Həkimlər qanaxmanı dayandırdıqdan sonra Kriştiano oyunu davam etdirib.