Ronaldodan yeni rekord

Ronaldodan yeni rekord

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb. O, yığmada keçirdiyi rəsmi oyunlarda 100 qələbə qazanan ilk futbolçu olub.

39 yaşlı ön xətt oyunçusu bunu ötən gün Millətlər Liqasında baş tutan Polşa ilə görüşdə (3:1) reallaşdırıb. Bundan əlavə o, yoldaşlıq oyunları da daxil olmaqla qələbələrin sayına görə İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramosun rekordunu (131) təkrarlayıb.

ETOPAZ

Əvvəlki yazı

Vinisius “Əl Hilal”ın hədəfində

Növbəti yazı

Almaniya millisində itki