Ronaldodan yeni dünya rekordu

Ronaldodan yeni dünya rekordu


Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb. 36 yaşlı hücumçu yığmanın heyətində ən çox qol vuran futbolçu adına yiyələnib. DÇ-2022-nin seçmə mərhələsinin İrlandiya ilə ev matçında (2:1) dubla imza atan Ronaldo millidəki qollarının sayını 111-ə çatdırıb. O, bununla da İran yığmasında 109 qol vuran Əli Daeinin dünya rekordunu yeniləyib.
Ronaldo 2003-cü ildən Portuqaliya millisinin formasını geyinir.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo rəqibinə sillə vurdu

Növbəti yazı

Vaksinasiya olunmayan basketbolçulara qadağa