Ronaldodan sonra ilk dəfə
“Barselona”nın futbolçusu Robert Levandovski La Liqada məhsuldar çıxışını davam etdirir. Polşalı hücumçu XII turun “Valensiya” ilə görüşündə də qələbə qolunun müəllifi olub – 1:0.
12 turdan sonra forvardın aktivində 13 top var. Bu, son 8 ildə mövsümün analoji hissəsi üçün ən yaxşı göstəricidir. İlk 12 turda daha çox qol vuran sonuncu futbolçu Kriştiano Ronaldo olub. Portuqaliyalı ulduz “Real”da çıxış etdiyi 2014/15 mövsümündə eyni sayda turda 20 dəfə rəqib qapısına yol tapıb.