Ronaldodan növbəti rekord
Kriştiano Ronaldo daha bir uğura imza atıb. O, dünya çempionatlarının seçmə mərhələləri tarixində ən çox qol vuran futbolçu olub.
Ronaldo bu uğura Macarıstan yığmasına qarşı keçirilən görüşdə nail olub. O, komandasının hər iki qolunu vurmaqla, seçmə mərhələlərdəki ümumi qol sayını 41-ə çatdırıb.
Qeyd edək ki, Portuqaliya – Macarıstan matçı 2:2 hesabı ilə başa çatıb.












