Ronaldodan növbəti açıqlama

Ronaldodan növbəti açıqlama

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo daha bir açıqlaması ilə diqqət mərkəzinə düşüb. Superulduz bu dəfə özünü ən populyar hesab edib.

Portuqaliya millisinin kapitanı insanların çox şeydən xəbərsiz olduğunu da vurğulayıb: “Planetdə sosial mediada ən çox izlənilən adamam. Yəni dünyanın ən populyar adamıyam. Mənim adımdan məşhurluq üçün istifadə edirlər. İnsanların fikirləri ola bilər, lakin onlar dəqiq nə baş verdiyini bilmirlər. Məsələn, Karrinqtonda və ya şəxsi həyatımda. Yalnız bir tərəfin dediyi fikrə qulaq asmamalıdırlar. Mənim sözlərim də nəzərə alınmalıdır”.

ETOPAZ

Əvvəlki yazı

DÇ-nin ən çox qol vuran futbolçuları

Növbəti yazı

“Nyukasl” Ceffersonu istəyir