Ronaldodan daha bir uğur
Kriştiano Ronaldo daha bir uğura imza atıb. Portuqaliya millisinin hücumçusu Avro-2024-ün seçmə mərhələsinin Bosniya və Herseqovina yığması ilə qarşılaşmasında dubl edib.
38 yaşlı futbolçu Avropa çempionatının seçmə turnirlərində 42 matçda ümumilikdə 40 qol vurub ki, bu da rekord göstəricidir. Siyahıda ikinci yerdə irlandiyalı Robbi Kin (44 oyunda 23 qol), üçüncü sırada isə Polşa millisinin hücumçusu Robert Levandovski (25 oyunda 22 qol) qərarlaşıb.