Ronaldodan 7, Messidən 3 rekord
2021-ci ildə qeydə alınan rekordların siyahısı açıqlanıb. İFFHS il ərzində 14 diqqətçəkən rekordu qeydə alıb.
Siyahıya dünya, Avropa və Cənubi Amerika rekordları düşüb. Bu 14 göstəricidən yarısı – 7-si Kriştiano Ronaldonundur. Lionel Messi üç rekordu ələ keçirib.
1. Lionel Messi – 06.01.2021
Bir klubda ən çox qol vuran futbolçu: “Barselona”da 646 qol (sonradan 672-yə yüksəlib)
2. Kriştiano Ronaldo – 27.02.2021
Ən çox qol vuran futbolçu: 766 qol (sonradan 802-yə yüksəlib)
3. Kaziyuşi Miura – 10.03.2021
Beş onillikdə oynayan ilk futbolçu
4. Lionel Messi – 22.04.2021
Bir liqada ən çox qol: İspaniyada 469 qol (sonradan 474-ə yüksəlib)
5. Cud Bellinqem – 13.03.2021
Avropa çempionatında ən gənc oyunçu: 17 yaş 349 gün
6. Kriştiano Ronaldo – 15.06.2021
Avropa çempionatında ən çox iştirak edən futbolçu: 5
7. Kriştiano Ronaldo – 15.06.2021
Avropa çempionatında ən çox qol vuran futbolçu: 10 (sonradan 14-ə yüksəlib)
8. Kriştiano Ronaldo – 25.06.2021
Avropa çempionatının bir tsiklində ən çox qol vuran futbolçu: 16
9. Kriştiano Ronaldo – 25.06.2021
Millidə ən çox qol vuran futbolçu: 109 (sonradan 115-ə yüksəlib)
10. İtaliya millisi – 05.09.2021
Ən uzun məğlubiyyətsiz seriyaya malik yığma: 36 (sonradan 37-yə yüksəlib)
11. Lionel Messi – 09.09.2021
Millidə ən çox qol vuran cənubi amerikalı: 78 (sonradan 80-ə yüksəlib)
12. Ronnie Brunsviyk – 21.09.2021
Ən yaşlı futbolçu: 60 yaş 198 gün
13. Kriştiano Ronaldo – 09.10.2021
Millidə ən çox oyun keçirən avropalı: 181 (sonradan 184-ə yüksəldib)
14. Kriştiano Ronaldo – 20.10.2021
Avrokuboklarda ən çox oyun keçirən futbolçu: 187 (sonradan 189-ə yüksəlib)