Ronaldo yenə ehtiyatda
DÇ-2022-nin 1/4 final mərhələsinə start verilir. Portuqaliya Mərakeşlə qarşılaşacaq.
Kriştiano Ronaldo isə yenə start heyətində yer almayacaq. Bunu Portuqaliyanın “A Bola” nəşri iddia edir.
Bildirilib ki, 37 yaşlı forvard 1/8 final mərhələsinin İsveçrə ilə matçında (6:1) olduğu kimi yenə ehtiyatda qalacaq. 1/4 finalın Mərakeşlə sabahkı görüşünə də Qonsalu Ramuş ilk dəqiqələrdən meydana çıxacaq.
Qeyd edək ki, Ramuş İsveçrə ilə görüşdə het-trikə imza atıb.