Ronaldo və pentakampeonlardan start

Ronaldo və pentakampeonlardan start

Bu gün DÇ-2022-nin qrup mərhələsində ilk tura yekun vurulacaq. Çempionatın beşinci oyun günündə 4 matç baş tutacaq.

G və H qruplarının komandaları mübarizəyə qoşulacaq. Beşqat dünya çempionu Braziliya Serbiyanı sınağa çəkəcək. Pentakampeonların yer aldığı G qrupunun digər matçında Kamerunla İsveçrə üz-üzə gələcək.

H qrupuna yarışa Uruqvayla Cənubi Koreyanın oyunu ilə start veriləcək. Kriştiano Ronaldolu Portuqaliya isə Qana ilə münasibətlərini aydınlaşdıracaq.

DÇ-2022 Qrup mərhələsi
I tur, 24 noyabr
G qrupu
14:00. İsveçrə – Kamerun
“Al Janub” stadionu
H qrupu
17:00. Uruqvay – Cənubi Koreya
“Edyukeyşn Siti” stadionu
H qrupu
20:00. Portuqaliya – Qana
Stadion 974
G qrupu
23:00. Braziliya – Serbiya
“Lusail” stadionu

ETOPAZ

Əvvəlki yazı

Belçikadan qələbə

Növbəti yazı

Saka yeni müqaviləyə hazırlaşır