Ronaldo uğursuzluğunu təkrarladı
“Mançester Yunayted” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Atletiko”nu qəbul edib. “Qırmızı şeytanlar” 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
“Old Trafford”dakı qarşılaşma Kriştiano Ronaldo üçün uğursuz statistika ilə əlamətdar olub. Portuqaliyalı hücumçu 90 dəqiqə ərzində bir dəfə də qapıya zərbə endirməyib. Bu, onun Çempionlar Liqası karyerasında üçüncü belə hadisədir.
Ronaldo sonuncu dəfə 2011-ci ilin mayında “Real”ın “Barselona” ilə görüşündə qapıya zərbə endirməyib. İlk belə uğursuzluq isə 2003-cü ildə “Mançester Yunayted”in “Panatinaikos”la görüşünə təsadüf edib.
Qeyd edək ki, Kriştiano mövsümün 33 matçında 18 qola imza atıb.