Ronaldo üçün Qrizmann göndərilir

Ronaldo üçün Qrizmann göndərilir

“Atletiko” Kriştiano Ronaldonun transferində israrlıdır. İspaniya klubu bu keçid üçün hücumçusu Antuan Qrizmannı göndərməyə hazırlaşır.

Fransalı hücumçu bir neçə kluba, o cümlədən PSJ-yə təklif olunub. Amma parislilər bu təkliflə razılaşmayıb.

Madrid təmsilçisi Ronaldonun keçidi üçün maaş xərclərini azaltmalıdır. Qrizmann “Barselona”dan icarəyə götürsə də, anlaşmada müəyyən şərtlərdə transfer olunması öhdəliyi də yer alıb. Bu üzdən 31 yaşlı oyunçunun göndərilməsi planlaşdırılır.

ETOPAZ

Əvvəlki yazı

Alves “Pumas”da

Növbəti yazı

Rafinya “Real”ı da məyus etdi