Ronaldo “Sportinq”ə dönə bilər
“Əl Nəsr”in futbolçusu Kriştiano Ronaldo mövsümün sonunda klubu tərk edə bilər. Portuqaliyalı hücumçu “Sportinq”ə qayıda bilər.
Ronaldo “Əl Nəsr” rəhbərliyi ilə problem yaşayır və müqaviləsini uzatmaq fikrində deyil.
“Sportinq” isə bu durumdan istifadə edərək yetirməsini kluba qaytarmaq niyyətindədir. Portuqaliya təmsilçisi 40 yaşlı hücumçunu komandanın bombardiri Viktor Qyökereşin əvəzləyicisi kimi düşünür.
Ronaldo bu mövsüm 39 oyunda 33 qol vurub. O, 1997-2003-cü illərdə “Sportinq”də olub.