Ronaldo sevincindən zədələndi
Kriştiano Ronaldo “Mançester Yunayted”in növbəti oyununu buraxmaq təhlükəsi ilə üzləşib. Portuqaliyalı hücumçu yeni baş məşqçi Ralf Ranqnikin debüt matçında iştirak etməyə bilər.
Buna ulduz oyunçunun zədəsi səbəb olub. Ronaldo XIV turun “Arsenal”la görüşündə (3:2) ikinci qolunu qeyd edən zaman dizindən xəsarət alıb.
Bunun onun “Kristal Pelas”la qarşılaşmada iştirakına əngəl törədəcəyi gözlənilir. Bu qarşılaşma sabah keçiriləcək.