Ronaldo şəxsi göstəricisini yenilədi

Ronaldo şəxsi göstəricisini yenilədi

Kriştiano Ronaldo “Əl Nəsr”in heyətində ən yaxşı seriyasına imza atıb. Portuqaliyalı hücumçu son iki matçda 5 qol vurub.

38 yaşlı forvard “Əl Şəbəb” üzərində 4:0 hesablı qələbəyə 2 qolla töhfə verib. İlk turun “Əl Fat”la qarşılaşmasında het-trikə imza atan Ronaldo iki görüşdəki qol sayını 5-ə çatdırıb. O, bunadək “Əl Nəsr”in heyətində ardıcıl iki qarşılaşmada bu qədər fərqlənməmişdi.

Qeyd edək ki, bu iki matçda Ronaldonun komanda yoldaşı Sadio Mane üç top vurub. 

e-Topaz

Əvvəlki yazı

Llorisə İtaliyadan müştəri

Növbəti yazı

Verratti Qətər yolunda