Ronaldo rekordun bir addımlığında
İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu bəlli olub. Mükafatı “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo qazanıb.
O, karyerasında 6-cı dəfə bu ada yiyələnib. Portuqaliyalı ulduzu rekorddan bir mükafat ayırır. Serxio Aquero və Harri Keyn hərəyə 7 dəfə ayın oyunçusu olub.
Qeyd edək ki, Ronaldo ötən ay 4 matçda 5 qol vurub.