Ronaldo Premyer Liqada sonuncu oldu

Ronaldo Premyer Liqada sonuncu oldu

İngiltərə Premyer Liqasında hücumçuların rəqib müdafiəçilərin üzərinə təzyiq dərəcəsi ilə bağlı araşdırma aparılıb. “Kristal Pelas”ın futbolçusu Vilfred Zaha və “Brayton”un üzvü Neyl Mope digər forvardları arxada qoyub.

Onlar hər oyunda orta hesabla 20 belə hərəkət edir. Zaha ilə Mope bu göstəricidə Premyer Liqanın ən yaxşı hücumçularıdır.

Siyahıda sonuncu yeri “Mançester Yunayted”in forvardı Kriştiano Ronaldo tutub. 36 yaşlı ulduz hər matçda orta hesabla rəqib müdafiəsinə cəmi 2,7 dəfə təzyiq edir.

Siyahı tərtib edilərkən cari mövsüm ən azı 270 dəqiqə oynayan hücumçular nəzərə alınıb. Ronaldo bu mövsüm 3 çempionat matçında iştirak edib və 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 02.10.2021

Növbəti yazı

Belinda Bençiç oyunu yarımçıq tərk etdi