Ronaldo “Mançester Yunayted”dən kompensasiya almadı
Kriştiano Ronaldo ilə “Mançester Yunayted” arasında müqaviləyə xitam verilməsi ilə bağlı razılaşmanın detalları bəlli olub. Portuqaliyalı hücumçu İngiltərə klubundan heç bir kompensasiya almayıb.
O, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə təzminat almadan razılaşıb. Anlaşması mövsümün sonunda başa çatan Ronaldo hələ 8 ay Premyer Liqa təmsilçisinə bağlı olmalı idi. Forvard müqavilənin şərtlərinə görə bu müddətdə 17 milyon funt sterlinq qazanacaqdı.