Ronaldo “Mançester Yunayted”dən ayrıldı

Ronaldo “Mançester Yunayted”dən ayrıldı

“Mançester Yunayted” hücumçusu Kriştiano Ronaldo ilə müqaviləni pozub. Portuqaliyalı superulduzun qalmaqallı müsahibəsi buna səbəb olub.

İngiltərə klubu Ronaldo ilə sözləşmənin vaxtından əvvəl ləğvi istiqamətində ilk hüquqi addımlarını atıb. “Qırmızı şeytanlar” forvardın ictimaiyyət qarşısında klubu və rəhbərliyi tənqid edərək müqavilənin şərtlərini pozduğunu düşünür. Bu səbəbdən də “Mançester Yunayted” ona təzminat ödəməməyə çalışır. Bu baş verərsə, Ronaldo 18,4 milyon avroluq təzminatdan məhrum qalacaq. Premyer Liqa təmsilçisi həmin məbləği cərimələrlə sıfırlamağı planlaşdırır.

e-Topaz

Əvvəlki yazı

DÇ-2022-də növbəti qadağa

Növbəti yazı

“ATP Finals”da sonuncu yarımfinalçı