Ronaldo ilə ten Haq görüşəcək
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq hücumçu Kriştiano Ronaldo görüşəcək. Mütəxəssis superulduz ilə gələcəyini şəxsən müzakirə etmək istəyir.
Tərəflər arasında söhbət Ronaldonun mövsümöncəsi məşqlərə başlamaq üçün klubun düşərgəsinə qayıtdığı vaxta planlaşdırılıb. Portuqaliyalı hücumçunun “qırmızı şeytanlar”ın rəhbərliyindən yaxşı təklif gəldiyi halda onu satmağı xahiş etdiyi bildirilirdi. 37 yaşlı oyunçu Premyer Liqadakı rəqibləri ilə müqayisədə klubun transfer bazarındakı fəallığından narazıdır.