Ronaldo icarəyə verilir
“Mançester Yunayted” Kriştiano Ronaldonu icarəyə verəcək. İngiltərə klubu bunun üçün portuqaliyalı hücumçuya şərt qoyub.
Ronaldo başqa kluba getmək üçün müqaviləsini uzatmalıdır. Mançesterlilər onu 2024-cü ilin yayına qədər saxlamaq niyyətindədir.
Futbolçu bir illik icarədən sonra komandaya qayıtmalıdır.
Qeyd edək ki, Kriştianonun indiki anlaşması 2023-cü ilin yayında başa çatacaq.