Ronaldo “Fulhem”lə oyuna aparılmadı
Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının XVI turunu buraxacaq. Portuqaliyalı hücumçu “Mançester Yunayted”in “Fulhem”lə görüşünə aparılmayıb.
Komandanın bazasına gəlməyən forvard Londona uçan heyətdən kənar qalıb. Baş məşqçi Erik Ten Haq daha öncə onun xəstələndiyini açıqlayıb.
Qeyd edək ki, Ronaldo cari mövsüm Premyer Liqanın 10 matçında 1 qol vurub.