Ronaldo “Əl Nəsr”də qalacaq
Kriştiano Ronaldo daha bir mövsüm Səudiyyə Ərəbistanında qalacaq. “Əl Nəsr” 39 yaşlı hücumçu ilə müqavilənin müddətini 2026-cı ilin iyununa qədər uzatmaq üçün ilkin razılığa gəlib.
Ronaldo yeni müqaviləyə əsasən, ilinə 200 milyon avro qazanacaq. Onun həftəlik qazancı, təxminən 3,8 milyon avro olacaq.
Portuqaliyalı futbolçunun Ər-Riyad klubu ilə hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır.
Qeyd edək ki, Ronaldo cari mövsüm Səudiyyə Ərəbistanı çempionatında 13 oyun keçirib və 11 qol vurub.