Ronaldo dünya rekordunu təkrarladı
DÇ-2022-nin 1/4 final mərhələsinin Mərakeşlə oyunu Kriştiano Ronaldo üçün əlamətdar olub. 37 yaşlı hücumçu Portuqaliya yığmasında 196-cı matça çıxıb.
Bununla da Kriştiano dünya rekordunu təkrarlayıb. FİFA-nın versiyasına görə Küveyt millisinin üzvü Bader Əl-Mütəva da 196 qarşılaşmaya çıxıb. Dünya rekordunu təkrarlayan Ronaldonun komandası 0:1 hesabı ilə uduzaraq mundialla 1/4 finalda vidalaşıb.
Qeyd edək ki, İFFHS-in hesablamalarına əsasən rekordçu Malayziya millisində 219 matç keçirən Son Çin Anna məxsusdur.