Ronaldo Braziliya klubunun maraq dairəsində
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo daha bir klubun maraq dairəsinə düşüb. Braziliya təmsilçisi “Flamenqo” 37 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Cənubi amerikalılar hələ danışıqlara başlamayıb. Klub rəhbərliyi sponsorları ilə məsləhətləşmələr aparır.
“Flamenqo” Ronaldoya üç aylıq təklif göndərmək istəyir. Bu, komandanın Libertadores kubokunun startı öncəsi güclənməsinə xidmət etməlidir.
Qeyd edək ki, Ronaldo bir neçə gün əvvəl “Mançester Yunayted”lə müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verdikdən sonra azad agent statusuna malikdir.