Ronaldo ayın oyunçusu seçildi
İngiltərə Premyer Liqasında ayın ən yaxşıları müəyyənləşib. Bunu qurumun mətbuat xidməti açıqlayıb.
Sentyabr ayının ən yaxşı futbolçusu adına Kriştiano Ronaldo layiq görülüb. 36 yaşlı portuqaliyalı hücumçu ötən ay “Mançester Yunayted”də 3 çempionat oyununda 3 qol vurub. O, qapı istiqamətində hamıdan çox – 17 zərbə endirib.
Ayın məşqçisi mükafatına isə Mikel Arteta sahib çıxıb. İspaniyalının rəhbərliyi altında üç matça çıxan “Arsenal” hər üç qarşılaşmada qalib gəlib.