Ronaldo “Atletiko”ya keçmədi

Kriştiano Ronaldonun “Atletiko”ya keçidi baş tutmayıb. “Mançester Yunayted” İspaniya klubunun portuqaliyalı hücumçu ilə bağlı təklifini qəbul etməyib.

Madridlilər Kriştiano ilə Antuan Qrizmannı dəyişməyə hazır olsa da, belə variant Premyer Liqa təmsilçisini razı salmayıb. Çempionlar Liqasında mübarizə aparacaq klublardan birinə keçməyə qərar verən Ronaldo digər variantlar axtarır.

Qeyd edək ki, Ronaldonun “Mançester Yunayted”lə anlaşması 2022/23 mövsümünün sonunda başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Şomurodov “Torino” yolunda

Növbəti yazı

“Toronto”da yeni oyunçu