Ronaldo “960”a çatdı
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo daha bir ilkə imza atıb. O, peşəkar karyerasında 960-cı qolunu vurub.
Portuqaliyalı Səudiyyə Ərəbistanı çempionatının XVII turunda “Damak” ilə matçda 50-ci dəqiqədə Joao Feliksin ötürməsindən rəqib qapısına yol tapıb. Qarşılaşmada Ronaldonun qolu qələbəni təmin edib – 2:1.
Qeyd edək ki, Kriştiano rəsmi matçlarda 960 qola çatan ilk futbolçudur.












