Ronaldo “956”ya çatdı

Ronaldo “956”ya çatdı

“Əl-Nəsr”in futbolçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında növbəti dəfə fərqlənib. Portuqaliyalı hücumçu çempionatın 11-ci turu çərçivəsində “Əl-Ohud”a qarşı keçirilən oyunda 2 qol vurub.

Ronaldo əvvəlcə 32-ci dəqiqədə hesabı açaraq komandasını önə çıxarıb. Ardınca qısa müddət sonra yenidən fərqlənən 39 yaşlı futbolçu özünün və komandasının ikinci qoluna imza atıb.

İlk hissə “Əl-Nəsr”in 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, bu dublla Ronaldonun klublar və Portuqaliya milli komandası ilə birlikdə vurduğu qolların ümumi sayı 956-ya çatıb.

ETOPAZ

Əvvəlki yazı

“Napoli”nin Mastantuono planı

Növbəti yazı

Virtz ilk qolunu vurdu