Ronaldo 700-ə çatdı

Ronaldo 700-ə çatdı

Kriştiano Ronaldo klub karyerasındakı qollarının sayını 700-ə çatdırıb. “Mançester Yunayted”in hücumçusu Premyer Liqanın X turunda “Everton”la səfər oyununda fərqlənməklə buna nail olub.

Komandasına qələbə gətirən topun (2:1) müəllifi olan portuqaliyalı superulduzun “qırmızı şeytanlar”dakı ümumi qol sayı 144 olub. 37 yaşlı forvard həmçinin “Real”da 450, “Yuventus”da 101, “Sportinq”də isə 5 qol vurub.

Bundan əlavə, Ronaldo bu mövsüm Premyer Liqada siftə etməklə, ardıcıl 20-ci mövsümdə ölkə çempionatında qol vurmağa müvəffəq olub.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal” yenidən zirvədə

Növbəti yazı

Pino “Çelsi”nin hədəfində