Ronaldo 66-ya çatdı, İbrahimoviçdən uzaqlaşdı

Ronaldo 66-ya çatdı, İbrahimoviçdən uzaqlaşdı

Kriştiano Ronaldo “Mançester Yunayted”ə qayıdışından sonra keçirdiyi üçüncü matçda da meydanı qolsuz tərk etməyib. Portuqaliyalı İngiltərə Premyer Liqasının IV turunun “Vest Hem”lə səfər oyununda fərqlənib.

O, komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşdə bərabərlik qoluna imza atıb. Bu, Ronaldonun Londondakı “Vest Hem” stadionunda ilk qoludur.

Portuqaliyalı hücumçu “Böyük beşlik” liqalarında qol vurduğu stadionlarının sayını 66-ya çatdırıb. Kriştano bununla da özünün sahib olduğu rekordu yeniləyib.

Bu göstəricidə ikinci pillədə Zlatan İbrahimoviç qərarlaşıb. İsveçli veteran 64 müxtəlif stadionda qol sevinci yaşayıb.

e-Topaz

Əvvəlki yazı

Türkiyə millisində yeni baş məşqçi

Növbəti yazı

“Neftçi”dən böyükhesablı qələbə