Ronaldo 168-ci komandaya qol vurdu

Ronaldo 168-ci komandaya qol vurdu

Kriştiano Ronaldonun karyerası ərzində qol vurduğu komandaların sayı 168-ə çatıb. Portuqaliyalı hücumçu “Brentford”la oyunda rəqib qapısına yol tapıb.

Premyer Liqanın 35-ci turunun matçında penaltini dəqiq yerinə yetirən Ronaldo “Mançester Yunayted”in 3:0 hesablı qələbəsində pay sahibi olub. Bu görüşədək 167 rəqibə qol vuran forvard ilk dəfə “Brentford”u məyus edib. Kriştiano Premyer Liqanın cari mövsümündəki qol sayını 18-ə yüksəldib.

e-Topaz

Əvvəlki yazı

Sürpriz kupon – 03.05.2022

Növbəti yazı

İlin ən məhsuldar futbolçuları